Ötən gün axşam saatlarında paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən "Yeni Sabah"a verilən məlumata görə, hadisə nəticəsində motosikletin sürücüsü 19 yaşlı Ramal Səfərli həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Qurumdan bildirilib ki, bu hadisədə 19 yaşlı gənc həyatını itirib və növbəti belə qəzaların baş verməməsi üçün qaydalara əməl etmək vacibdir Yollarda faciələrin yaşanmaması üçün hərəkət iştirakçıları diqqətli olmalı və ən əsası yol hərəkəti qaydalarına riayət etməlidirlər
Telegram kanalımız