Rusiyada yeniyetmə bıçaqla liseyə HÜCUM EDİB
Ajans.azxəbərverirki, bubarədə “112” Telegramkanalı məlumatyayıb. Məlumata görə, yeniyetmə Nijnekamsk şəhərində yerləşən 37 nömrəli Çoxsahəli Liseyə bıçaqla daxil olub, mühafizəçini yaralayıb, daha sonra məktəb binasının dəhlizlərində fişənglər atıb. Hadisədən sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Yaralanan qadının sağ qaldığı və ona tibbi yardım göstərildiyi bildirilir. Eyni zamanda “Mash” Telegram kanalının yaydığı məlumata görə, hücum edən şəxs 13 yaşlı qız olub və o, mühafizəçiyə deyil, məktəbin xadimə qadınına hücum edib. Hadisə zamanı digər şagirdlərin təhlükəsizlik məqsədilə sinif otaqlarında gizləndiyi qeyd olunur. Hadisənin detalları və hücum edən şəxsin motivləri ilə bağlı araşdırma aparılır.