Azərbaycan UEFA reytinqində irəliləyib.
Publika.az xəbər verir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının 7-ci turunda "Ayntraxt"ı məğlub etməsi sayəsində (3:2) reallaşıb.
Qələbə reytinqə 0,500 xal töhfə verib. Bununla Azərbaycanın əmsalı 22,750-yə çatıb. Nəticədə ölkəmiz Slovakiyanı (22,375) ötərək 27-ci sıraya yüksəlib.
Azərbaycan 26-cı pillədəki Sloveniyadan cəmi 0,093 xal geri qalır.