AZ

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib, ölən var

Yevlaxda bir ailənin 5 üzvü dəm qazından zəhərlənib.

"Far.Az"un Qərb bürosunun məlumatına görə, onlardan 1959-cu il təvəllüdlü Məhəmməd İsmayılovun həyatını xilas etmək mümkün olmayıb.

Dəm qazından zəhərlənərək xəstəxanaya çatdırılanlar- 1987-ci il təvəllüdlü Pənah İsmayılov, 2005-ci il təvəllüdlü İsmayıl İsmayılzadə, 1982-ci il təvəllüdlü Mahir İsmayılzadə və 2007-ci il təvəllüdlü Gülnar İsmayılzadədir. Onlara tibbi yardım göstərilib, birinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
70
4
far.az

7Mənbələr