AZ

Onlara pul mükafatı və torpaq sahələri veriləcək

Yazını böyüt
Yazını kiçilt

Futbol üzrə Seneqal milli komandasının üzvləri Afrika Millətlər Kubokunda qazandıqları tarixi qələbəyə görə 134 min dollar məbləğində bonus alacaqlar.

Hafta.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi yazır. Bildirilir ki, bunu Seneqal Prezidenti Bassiru Diomay Fay komanda üzvləri ilə görüş zamanı bəyan edib.

Bundan əlavə, futbolçulara sahilyanı Petit Kot ərazisində 1 500 kvadratmetr olan torpaq sahələri veriləcək. Daha kiçik məbləğdə bonuslar və torpaq sahələri ölkənin futbol federasiyasının üzvlərinə, məşqçilər heyətinə və turnirdə iştirak edən Seneqal nümayəndə heyətinin digər üzvlərinə də təqdim olunacaq.

Qeyd edək ki, Seneqal millisi Afrika Millətlər Kubokunun finalında Mərakeş yığmasını əlavə vaxtda 1:0 hesabı ilə məğlub edib.

Seçilən
94
hafta.az

1Mənbələr