AZ

Ərazidə İŞİD bayrağı qaldırıldı: Türkiyə hərbçiləri hərəkətə keçdi VİDEO

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Suriyanın Raqqa şəhərində İŞİD bayrağının qaldırılması ilə bağlı məlumatlar yayılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Kurdish Front News” məlumat yayıb.

Qeyd olunub ki, şəhər Hayət Təhrir əş-Şam (HTS) silahlı qruplaşması və Türkiyə tərəfdən dəstəklənən silahlı qüvvələr tərəfindən nəzarətə götürüldükdən sonra bəzi ərazilərdə İŞİD-ə aid bayraq qaldırılıb.

Hadisə bölgədə təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi narahatlıqlara səbəb olub. Baş vermiş insidentdən bir qədər sonra əraziyə Türkiyə və Suriya Demokratik Qüvvələrinin hərbçilərinin gəldiyi bildirilib.

Qeyd edək ki, Raqqa şəhəri bir müddət əvvəl Suriya Demokratik Qüvvələri (SDF) tərəfindən İŞİD-dən təmizlənmişdi. Bundan əvvəl isə Raqqa uzun illər terror təşkilatı İŞİD-in faktiki “paytaxtı” kimi tanınırdı və qruplaşmanın əsas idarəetmə mərkəzlərindən biri hesab olunurdu.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
globalinfo.az

1Mənbələr