AZ

“Beşiktaş”dan “Braqa”ya - Rəsmi

“Beşiktaş”ın yarımmüdafiəçisi Demir Ege Tıknaz karyerasını Portuqaliyada davam etdirəcək.

Apasport.az xəbər verir ki, türkiyəli futbolçu “Braqa”ya transfer olunub.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qara qartallar” 21 yaşlı yarımmüdafiəçinin satışından 7 milyon avro gəlir əldə edib. Bundan əlavə, futbolçunun gələcək satışından “Beşiktaş”a 20 faiz pay ödəniləcək.

Demir Ege Portuqaliya klubu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Qeyd edək ki, Türkiyə U-21 millisinin üzvü bu mövsüm İstanbul təmsilçisinin heyətində iştirak etdiyi 17 rəsmi oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Beşiktaş”ın yetirməsi Portuqaliya klubunda

Alonso üçün “Liverpul” variantı

“Aston Villa” İtaliya klubundakı futbolçusunu geri qaytarıb

“İnter”in müdafiəçisi “Əl-Hilal” yolunda

Şimanski “Renn”də - Ödəniləcək məbləğ bəlli olub

Seçilən
115
apasport.az

1Mənbələr