AZ

Luis Enrike onu PSJ-yə keçməyə inandırdı

“Barselona”nın yarımmüdafiəçisi Dro Fernandes yaxın gələcəkdə PSJ-yə keçə bilər.

 90deqiqe.Az-ın "The Touchline"yə istinadən məlumata görə, PSJ-nin baş məşqçisi Luis Enrike 18 yaşlı futbolçunu Paris klubuna keçməyə razı salmaq üçün şəxsən Barselonaya səfər edib. Enrike futbolçuya PSJ-də oynayacağı müddət barədə söz verib.

Gənc futbolçunun Kataloniya klubundan transfer bəndi ilə ayrılmaq qərarına gəldiyi bildirilmişdi.

Bir neçə gün əvvəl isə "Barselona"nın baş məşqçisi Hans-Dieter Flik Dro Fernandezin vəziyyəti ilə bağlı açıqlama verib.

Seçilən
146
90deqiqe.az

1Mənbələr