AZ

Azərbaycan regionda və dünyada sülhə töhfələr verir

Bakı, 21 yanvar, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondunun 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qalibləri sırasında Prezident İlham Əliyevin yer alması Azərbaycan liderinə olan etimadın, eləcə də, dövlətimizin başçının sülhə verdiyi töhfələrin əyani sübutudur.

Ekspertlər hesab edir ki, bu mükafat böyük iradənin, ədalətli sülhün və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunun rəmzidir.

Qeyd edək ki, Şeyx Zayed Fondunun yaradılış fəlsəfəsinin əsasında dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqi dayanır. Fondun “Zayed İnsan Qardaşlığı Mükafatı”da məhz dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilir. Bu aspektdən də, dövlətimizin başçısının sözügedən mükafata layiq görülməsi həm də Azərbaycan Prezidentinin sülh gündəliyinin dünya tərəfindən təqdiridir.

Daha ətraflı AZƏRTAC-ın hazırladığı videomaterialda izləyə bilərsiniz.

Seçilən
170
2
azertag.az

3Mənbələr