AZ

“O, Venesuelanı növbəti mərhələyə aparmalı olan liderdir”

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

ABŞ Konqresi Nikolas Maduronun həbsindən sonra Venesuela müxalifətinin lideri Maria Korina Maçadonu ölkənin əsas prezidentliyə namizədi elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri bağlı qapılar arxasında keçirilən iclasda Maçadonun namizədliyini dəstəkləyiblər.

“O, məhz Venesuelanı növbəti mərhələyə aparmalı olan liderdir. Demokratiyaya və seçkilərə keçid lazımdır. Bu, mümkün qədər tez baş verməlidir”, - bəyanatda deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
qafqazinfo.az

1Mənbələr