AZ

Donald Tramp: Venesuela “fantastik şəkildə çiçəklənəcək”

Bakı, 21 yanvar, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı Venesuela barədə danışaraq, keçmiş Prezident Nikolas Maduronun devrilməsindən sonra ölkənin ABŞ-ın nəzarəti altında “fantastik şəkildə çiçəklənəcəyini” proqnozlaşdırıb.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, ABŞ Prezidentinin bildirdiyinə görə, yaxın altı ay ərzində Venesuela son 20 ildə qazandığından daha çox gəlir əldə edəcək. “Bütün iri neft şirkətləri bizə qoşulur. Bu, heyrətamizdir”, – deyə o vurğulayıb.

Tramp müvəqqəti prezident Delsi Rodrigesin administrasiyasının fəaliyyətini yüksək qiymətləndirərək, onun ABŞ hakimiyyəti ilə yaxşı əməkdaşlıq etdiyini bildirib.

“Hücum başa çatdıqdan sonra onlar dedilər: gəlin, razılaşma bağlayaq. İnsanların əksəriyyəti məhz belə davranmalıdır”, – deyə o əlavə edib.

 

Seçilən
23
1
azertag.az

2Mənbələr