AZ

XİN başçısı: Türkiyə-Ermənistan münasibətləri Azərbaycandan asılı deyil

BAKI, 21 yanvar. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə aparılan danışıqlara toxunub.

Teleqraf xəbər verir ki, bu barədə Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, siyasi gündəliyin bir hissəsi kimi iki ayrı normallaşma prosesi paralel şəkildə davam etdirilir və hər iki istiqamətdə nəzərəçarpan irəliləyişlər əldə olunub:

"Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan xəttində növbəti addımlar və hədəflər aydın şəkildə müəyyənləşdirilib. Rəsmi olaraq bu proseslər bir-birindən asılı hesab olunmur. Bununla belə, obyektiv baxışla yanaşdıqda, iki proses arasında əlaqəni görməmək çətindir".

Ararat Mirzoyan həmçinin Türkiyə ilə Azərbaycan arasında mövcud sıx münasibətlərin hər kəsə məlum olduğunu və tərəflərin Ermənistanla normallaşma proseslərini paralel şəkildə həyata keçirməyi nəzərdə tutduqlarını diqqətə çatdırıb.

Seçilən
59
2
teleqraf.com

3Mənbələr