AZ

Mirzoyan Hakan Fidanı müdafiə etdi

BAKI, 21 yanvar. TELEQRAF

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyə xarici işlər naziri və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasın bəyanatlarının ölkənin daxili işlərinə müdaxilə olması barədə iddiaları “manipulyasiya” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentdə çıxışı zamanı bildirib.

“Belə şərhlər manipulyasiyadır, bunu başqa cür adlandırmaq mümkün deyil. Təəssüf ki, bu cür manipulyasiyalar gündəlik siyasi həyatın bir hissəsinə çevrilib. Təxmin edə bilərəm ki, ən azı beş-altı ay, bəlkə də daha uzun müddət (parlament seçkilərinə qədər) belə olacaq”, - o deyib.

Kallasın bəyanatlarına gəlincə, nazirin sözlərinə görə, o, Ermənistanda demokratik proses və seçkilərə dəstəyini ifadə edib, bu da yalnız təqdir olunmalıdır.

Hakan Fidanın açıqlaması ilə bağlı isə Ararat Mirzoyan bildirib ki, bu, Baş nazir Nikol Paşinyanın Cənubi Qafqazda sülh prosesi və Azərbaycanla münasibətlərin tənzimlənməsində rolunun dəstəklənməsi ilə bağlıdır.

“Deməli, bu, Türkiyənin sülh prosesinə münasibətidir, bu prosesi alqışlamaqdır. Bu, həm də Ermənistan, həm də Azərbaycana sülh prosesini eyni qaydada davam etdirməyə çağırışdır”.

Nazir hesab edir ki, böyük istək olsa belə, bu bəyanatlarda Ermənistanın daxili işlərinə müdaxilə cəhdi görmək mümkün deyil.

Seçilən
55
1
teleqraf.com

2Mənbələr