AZ

Süni intellekt yalnız videoçəkilişləri saxtalaşdırmır Sahib Məmmədov

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

"İstənilən sənəd, məlumat saxtalaşdırıla bilir"

Davos Forumunda süni intellekt qlobal təhlükə olaraq qeyd edilib. Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bununla bağlı fikrini bildirərək vurğulayıb ki, artıq süni inntelekt vasitəsi ilə hazırlanan videoları əsl videolardan ayırmaq mümkün deyil: 

- Bu, ona gətirəcək ki əsl təbiət və texnogen hadisələrin videolarına, şəxslərlə bağlı videolara baxmağa həvəs azalacaq. Süni intellekt yalnız videoçəkilişləri saxtalaşdırmır. İstənilən sənəd, məlumat saxtalaşdırıla bilir. Davos Forumunun hesabatında bu həm də qlobal təhlükələrdən biri kimi qeyd olunur. Səhv verilən informasiya (misinformation), qəsdən verilən informasiya (feyk-disinformation) və süni intellektdən zərərli (pis) məqsədlər üçün istifadə yaxın gələcəkdə ciddi sarsıntılara gətirə bilər. İstər insanların şəxsi həyatında, istərsə də qlobal və ümumdövlət məsələlərində.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
57
sherg.az

1Mənbələr