AZ

Milli Qəhraman Natiq Qasımovun büstünün açlışı olacaq - FOTO

Milli Qəhraman Natiq Qasımovun oxduğu Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə büstünün açlışı olacaq.

Bu barədə Teleqraf-a Milli Qəhramanın qardaşı Nofəl Qasımov bildirib

"Cənab prezidentin sərəncamı ilə 2024-cü ilin 25 iyun tarixindəNatiq QasımovaMilli Qəhraman fəxri adının verilməsindən sonra həmin ilin noyabr ayında Baş nazir Əli Əsədovun qərarı ilə oxuduğu 4 saylı Mingəçevir şəhər tam orta məktəbinə Natiq Qasımovun adı verilib.

Ardınca Elm və təhsil naziri Emil Əmrullayev Mingəçevir şəhərinə gəldi və mənimlə birlikdə məktəbdə büstünün harada qoyulacağına baxış keçirdik. İndi büst hazırdır. Yanvar ayının sonlarında nazir Emil Əmrullayevin Mingəçevir şəhərinə səfəri və onun iştirakı ilə büstün açlışı gözlənilir" - deyə Nofəl Qasımov bildirib.

Seçilən
15
teleqraf.com

1Mənbələr