AZ

Özbəkistan Prezidenti Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində iştirak edəcək

BAKI, 21 yanvar. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəzza zolağının bərpası üzrə yaradılan Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə yola düşüb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat verib.

“Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ Prezidenti Donald Trampın dəvəti ilə yanvarın 21-də Davosda keçiriləcək Sülh Şurasının nizamnaməsinin imzalanma mərasimində iştirak etmək üçün İsveçrəyə işgüzar səfərə yola düşüb”, - açıqlamada bildirilir.

Seçilən
54
2
teleqraf.com

3Mənbələr