AZ

Norveç Trampa “yox” dedi


Norveç ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı vəziyyəti həll etmək üçün təşəbbüs göstərdiyi Sülh Şurasında iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Norveç Baş Nazir Ofisinin dövlət katibi Kristoffer Toner “Agence France-Presse” agentliyinə bildirib.
Onun sözlərinə görə, Norveç Sülh Şurasının yaradılması ilə bağlı təklif olunan tədbirlərə qoşulmayacaq və Davosda imzalanma mərasimində iştirak etməyəcək.
Rəsmi şəxsin sözlərinə görə, Norveç digər tərəfdaşlarla əməkdaşlığı davam etdirəcək, lakin hesab edir ki, nizamlama ilə təkliflər BMT kimi mövcud strukturlar çərçivəsində hazırlanmalıdır.
Eyni zamanda, Toner qeyd edib ki, Oslo Trampın Ukraynada, Qəzzada və digər böhranm zonalarında davamlı sülhün bərqərar olması məqsədlərini bölüşür.
Seçilən
126
yeniavaz.com

1Mənbələr