AZ

“Appro Hospital”dan şikayət: “Elə bil qəssabxanadır!” – FOTO

Sosial şəbəkələrdə “Appro Hospital”da baş verən ölüm hadisələrinin artması ilə bağlı iddialar yayılıb.

“Xəbərsiz”in xəbərinə görə, iddiaların birində bildirilir ki, 56 yaşlı Rafiq Xəlilovun vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb.

Yaxınlarının iddialarına görə, mərhumun indiyədək ürək problemi ilə bağlı hər hansı ciddi şikayəti olmayıb:

“Guya stend qoyulub, lakin mərhumun vəziyyəti barədə yaxınlarına uzun müddət heç bir məlumat verilməyib. 1 saat xəstəxanada olduq, 5 ölüm halı haqda eşitdik. Xəstəxana deyil, qəssabxanadır elə bil. Mühafizəçiləri veriblər qabağa, xəstə (ölü) yiyələri ilə arada qan düşsə, cavab da verməyəcəklər”.

Sözügedən iddialarla bağlı “Appro Hospital”la əlaqə saxlamağa cəhd göstərsək də, klinikanın əməkdaşları müxtəlif üsullarla suallarımızdan yayındılar.

Mövzunu diqqətdə saxlayacağıq.

Seçilən
22
busaat.az

1Mənbələr