
“Rusiya Prezidenti Vladimir Putin, Kremlin tələbləri ilə bağlı güzəştə getmək istəməməsinə baxmayaraq, Ukrayna ilə sülh müqaviləsi imzalamaqda maraqlıdır”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff deyib.
O bildirib ki, görüş zamanı tərəflər müharibəyə son qoymaq üçün 20 maddəlik planı müzakirə etməyi planlaşdırırlar.
Uitkovun sözlərinə görə, bu planın 90%-dən çoxu tamamlanıb.
"Hər kəs sülh razılaşmasına nail olmaq istəyir", - deyə siyasətçi əlavə edib.
Daşqın HəsənovMissiya.Az