AZ

Şimanski addım-addım Fransa klubuna

“Fənərbaxça”nın futbolçusu Sebastian Şimanski karyerasını Fransada davam etdirəcək.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, polşalı yarımmüdafiəçi “Renn” klubuna transfer olunub. Tərəflər arasında tam razılaşma əldə edilib və bütün sənədlər imzalanıb.

“Fənərbaxça” bu transferdən 10,5 milyon avro təzminat əldə edəcək. Şimanskinin Fransa klubu ilə müqaviləsi 2029-cu ilin iyun ayına qədər qüvvədə olacaq.

Qeyd olunur ki, futbolçu hazırda agenti Mario Kardetlə birlikdə tibbi müayinədən keçir. Transferin yaxın saatlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.

İtaliya polisindən iki kluba mövsümlük cəza

ÇL: “Tottenhem” öz meydanında rəqiblərə şans vermir

"Jirona" ter Ştegenin keçidini açıqlayıb

“Arsenal” “İnter”i məğlub edərək klub rekordunu yeniləyib

İtaliya millisinin üzvü “Arsenal”ın radarında

Seçilən
93
2
apasport.az

3Mənbələr