AZ

Mərhum Valentino ilə fotosunu paylaşıb bunları yazdı

Axsham.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Uzun illərdi İsveçrəyə köçən azərbaycanlı "Miss millenium" gözəli Validə Abbasova bir neçə gün əvvəl dünyasını dəyişən məşhur dizayner Valentino Qaravani ilə fotosunu paylaşıb. 

Axşam.az xəbər verir ki, keçmiş model onunla bağlı xatirəsini bölüşüb. V.Abbasova bildirib ki, modelyerlə dpstliqları olub:

"Şübhəsiz ki, o, sözün hər mənasında gözəl bir həyat yaşadı. Tanrının verdiyi xüsusi istedadla işıqla dolu bir həyat yaşadı. Bunu zövq, uçuş, formalar və çalarlarla ifadə olunan musiqi adlandırıram. Bütün bunların təməlində qırmızı, həyatın rəngi, ehtirasın rəngi və "Valentino"nun rəngi dayanır. Qırmızı - o qədər zəngin, o qədər dərin, alov kimi bir brend.

O, yaradıcılığı, zərifliyi təcəssüm etdirən sənəti vasitəsilə neçə ürək qırdı və nə qədər xoşbəxtlik anı verdi. Valentino hisslər üçün və hisslər vasitəsilə yaratdı, istedadını heç vaxt öz yaradıcılığı üçün gizli saxlamadı. Alovlu bir brend yaratdı, amma özü heyrətamiz dərəcədə təmkinli qaldı - tələsmədən, mülayim və dərindən valehedici. İnanıram ki, o, p biri dünyada da belə olacaq".

Qeyd edək ki, İtalyan dizayner, moda dünyasının əfsanəvi simalarından biri olan Valentino Qaravani 93 yaşında vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
53
axsam.az

1Mənbələr