AZ

Nazir: Azərbaycandan dizel yanacağının idxalı Ermənistan iqtisadiyyatına müsbət təsir göstərib

Ermənistanda Azərbaycandan dizel yanacağı tədarükünün ölkə iqtisadiyyatına müsbət təsir göstərdiyini qeyd ediblər.

"Far.Az" Ermənistan mediasına istinadən xəbər verir ki, bunu həmin ölkənin maliyyə naziri Vaqe Ovannisyan bildirib.

"Azərbaycandan dizel yanacağı idxalı Ermənistanın iqtisadi mühitinə müsbət təsir göstərir. Bu, maye qazın mümkün idxalına da aiddir", - o deyib.

Qeyd edək ki, Azərbaycan neft məhsullarının birinci partiyası (1 220 ton "Aİ-95" markalı benzin) Ermənistana 2025-ci ilin dekabrında tədarük edilib.

Neft məhsullarının ikinci partiyasının həcmi 2 698 ton təşkil edib. Yanvarın 11-də isə Azərbaycandan Ermənistana 979 ton avtomobil yanacağı göndərilib.

Seçilən
26
far.az

1Mənbələr