AZ

“Akademik Həsən Əliyev” gəmi-bərəsi istismara qaytarıldı

Bakı.Trend:

AZCON Holdinq şirkətlərindən olan ASCO-nun “Akademik HəsənƏliyev” gəmi-bərəsi əsaslı təmir edilib.

Trend xəbərverir ki, bu barədə ASCO məlumat yayıb.

Bildirilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılantəmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyatakeçirilib.

Təmir müddətində gəmi-bərənin sualtı və suüstü hissəsi, aşağı vəyuxarı vaqon göyərtəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumutəmizlənərək rənglənib. Sükan və köməkçi qurğusu, hərəkətmexanizmləri təmir olunub, avar valları saz hala gətirilib,göyərtədə və maşın şöbəsində boru işləri yerinə yetirilib. Gəmiüzrə elektrik quraşdırma və avtomatika işləri görülüb.

Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir,yeni 1 dəst girokompas "Standard-22 NX", hava məlumatlarınınqəbuledicisi "Navtex NX700" tipli avadanlıqlar quraşdırılıb, bərə 6ədəd VHF tipli əl radiostansiyası ilə təchiz edilib.

Həmçinin gəminin GPS və komanda yayım qurğularında əsaslı təmirişləri aparılıb və tam işlək vəziyyətdə gəmi heyətinə təhvilverilib.

Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasirtələblər səviyyəsində təmir olunub.

Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən OrtaDəhliz üzrə yükdaşımalara cəlb edilib. Bu çərçivədə gəminin ilksəfəri Türkmənbaşı-Bakı limanı istiqamətində baş tutub.

Gəminin uzunluğu 154,5, eni 18,3 metrdir. Tam yükgötürməqabiliyyəti 2425 ton olan gəmi-bərəyə eyni vaxtda 32 TIR və 28dəmiryol vaqonu yükləmək mümkündür.

Məqalədə:
Seçilən
73
9
az.trend.az

10Mənbələr