“Əmək pensiyaları” haqqında Qanuna uyğun olaraq yaşa görə əməkpensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçılarınpensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonrayenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonravətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburidövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınmaqla pensiyakapitalı qeydə alınır.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasətkomitəsinin üzvü Vüqar Bayramov komitənin bugünkü iclasındadeyib.
Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiyakapitalı 72-yə (144 - 72 (pensiya təyin edilən tarixdən sonraişlədiyi ayların sayı) bölünməklə pensiya məbləği yenidənhesablanır.
Göründüyü kimi, işləyən vətəndaşlarımızın pensiyasına əlavələr 2dəfə- 6 ildən bir edilir. Bu o deməkdir ki, 65 yaşında pensiyayaçıxan və işləməyə davam edən vətəndaşımızın ikinci dəfə pensiyasınaəlavələr 77 yaşında edilir.
Əksər inkişaf etmiş ölkələrdə, bu hallarda pensiya kapitalındanistifadə üçün müəyyənləşdirilmiş müddət daha qısa zamanı əhatəedir. Ona görə təklif edərdim ki, “Əmək pensiyaları” haqqındaQanunda dəyişikliyə baxılsın və işləyən pensiyaçı vətəndaşlarımızınpensiya kapitalından istifadə 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4ildən bir həyata keçirilsin. Bu hal işləyən pensiyaçılarıntopladığı pensiya kapitalından daha səmərəli istifadəsinə və ovətəndaşlarımızın pensiyalarında daha çox artıma səbəb olar.İşləyən pensiyaçıların sayının 190 minə yaxın olduğunu nəzərə alsaqbu dəyişiklik ilə çoxlu sayda vətəndaşlarımızın pensiyaməbləğlərini artardı.