AZ

İranın Azərbaycandan məhsul idxalı azalıb

Bakı. Trend:

Cari İran ilinin 9 ayı ərzində (20 mart -21 dekabr 2025) İranınAzərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (21 mart-20 dekabr 2024) müqayisədə dəyər baxımından 63%, çəki baxımından59% azalıb.

Trend bu barədəİranın Gömrük Administrasiyasının statistikasına istinadən xəbərverir.

Statistikaya əsasən, 9 ay ərzində İranın Azərbaycandan məhsulidxalı təxminən 9,67 milyon dollar dəyərində 4,34 min ton təşkiledib.

Məlumata görə, ötən ilin analoji dövründə İran Azərbaycandan26,2 milyon dollar dəyərində 10,7 min ton məhsul idxal edib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlifavadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairəməhsullar idxal edib.

Belə ki, 9 ay ərzində İranın Azərbaycanla qeyri-neft məhsulticarəti 445 milyon dollar dəyərində təxminən 651 min ton təşkiledib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədədəyər baxımından 17%, çəki baxımından 1,48% azalıb.

Əlavə edək ki, İran Gömrük Administrasiyasının bildirdiyinəgörə, 9 ayda İranın məhsul idxalı təxminən 44,2 milyard dollardəyərində 29,3 milyon ton təşkil edib. Məhsul idxalı ötən ilinanaloji dövrü ilə müqayisədə dəyər baxımından 15,2% azalıb, çəkibaxımından 2,75% artıb.

Məqalədə:
Seçilən
41
az.trend.az

1Mənbələr