AZ

Bakıda biznesmeninin yarım milyon manatdan çox pulu mənimsənildi - TƏFƏRRÜAT

BAKI, 21 yanvar. TELEQRAF

Bakıda biznesmenə qarşı yarım milyon manatdan çox pulu mənimsənilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, Masallı rayon sakini Zaur İbadovun oğlu Sənana dostu ilə biznes qurmaq üçün 575 min manat verib.

Sənan da atasından aldığı həmin məbləği iş qurmaq üçün tanışı Emin Abbasova verib. Emin isə iş görmək əvəzinə həmin məbləği mənimsəyib.

Bundan sonra Zaur İbadov dələduzluqla üzləşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib.

Emin Abbasovun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə təqsirləndirilən şəxs mənimsədiyi 575 min manatdan 420 min manat ödədiyi üçün Emin Abbasovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Zaur İbadovun özü də yükdaşıma biznesi ilə məşğuldur.

Emin Abbasovun barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, özünü ittiham üzrə qismən təqsirli bilib.

Daha sonra ifadə verən zərərçəkmiş Zaur İbadov ifadə verib. O bildirib ki, iki oğlu var, hər ikisi tələbədir, buna görə də oğlanları onun şirkətində rəsmi olaraq işləmirlər: "Mən şirkətimi özüm qurmuşam, ailə biznesdir. Bir gün oğlum Sənan biznes işi ilə məşğul olmaq istədiyini, buna görə də bu işi görmək üçün maliyyə lazım olduğunu dedi. Onun yaşında da mən bizneslə məşğul olmağa başladığını üçün ona dəstək olmaq istədim. Daha sonra Səmanın dediyi Emin və onun ailəsi ilə maraqlandım. Qarşı tərəfin də maddi durumlarının yaxşı olduğunu görəndə rahat oldum. Mən də cavanlara dəstək olmaq istədim. Oğlum mənim xəbərim olmaq şərti ilə Eminə 675 min manat verdi. Daha sonra gəlirin olmadığım, pulun gəlmədiyini gördük. Buna görə də biz görüşdük. Görüş zamanı Emin narahat idi. Orada pulla bağlı mübahisələrərimiz oldu. Axırda Emin 675 min yox, 575 min manat aldığını dedi. Mən də pulu almaq üçün 100 min manat pulumdan keçdim ki, etiraf etdikləri məbləği ala bilim. Emin də 575 min manatı verəcəyini dedi. Bundan sonra 100 min manat verdilər".

Zərərçəkmiş qeyd edib ki, sonradan Emin Abbasov pulu qalan hissəsini verməkdən yayındığını görüb və buna görə də şikayət edib. İstintaq dövründə də ödəniş olduğunu deyən zərərçəkmiş təqsirləndirilən şəxs tərəfindən ona 155 min manat verəcəyi qaldığını deyib.

Növbəti proses fevralın 18-də davam edəcək.

Seçilən
134
9
teleqraf.com

10Mənbələr