BAKI, 21 yanvar. TELEQRAF
Qırğızıstan İqtisadiyyat və Ticarət Nazirliyi halal sənayesi sahəsində dövlət nəzarətini gücləndirməyə yönəlmiş qanun layihəsi hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
Layihəyə əsasən, halal standartlarının tələblərini pozan və ya “halal” nişanını qanunsuz istifadə edən subyektlər üçün aydın məsuliyyət müəyyən edilməlidir.
Qurum həmçinin halal sertifikatlaşdırma sisteminin təkmilləşdirilməsi üzərində işlərini davam etdirir. Planlarda sertifikatların verilməsi prosesinin rəqəmsallaşdırılması, istehsal və məhsul nişanlanmasının nəzarətinin şəffaf mexanizmlərinin tətbiqi və monitorinqin səmərəliliyinin artırılması nəzərdə tutulub.
İqtisadiyyat Nazirliyi qeyd edib ki, yeni tədbirlər Qırğızıstan ərazisində satılan halal məhsullara əhalinin etimadını gücləndirməyə və bu sahədə şəffaflığı artırmağa yönəlib.