AZ

Bu il qış sərt keçdi: Məhsul bol olacaq? AÇIQLAMA

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Qışda havaların kəskin şəkildə soyuması təsərrüfat məsələləri ilə bağlı yaranacaq problemləri gündəmə gətirir. Meyvə-tərəvəzə, taxıl və dənli bitkilərə dəyəcək ziyan təkcə mal sahibi üçün deyil istehlakçılar üçün də ciddi problem yaradır. Məhsul az olduqda qiymətlər bahalaşır və nəticədə vətəndaşın büdcəsinə zərər dəyir. Son günlər havanın kəskin pisləşməsi bu il təsərrüfata necə təsir edəcək?Məsələ ilə bağlı ekoloq Sadiq Həsənov Demokrat.az-a danışıb. Azərbaycanda hazırda müşahidə olunan hava şəraiti əsasən soyuq arktik hava kütlələrinin təsiri ilə bağlıdır. Bu hava kütlələri şimal və şimal şərq istiqamətlərindən, Skandinaviya, Qrenlandiya və Rusiya üzərindən ölkə ərazisinə daxil olur:"Digər bir istiqamət isə Şərqi Avropa və Qazaxıstan üzərindən Xəzər dənizi vasitəsilə Azərbaycana daxil olan hava axınlarıdır. Məhz bu proseslər havanın kəskin soyumasına səbəb olub:Hazırda Moskva şəhərində havanın temperaturu - 21 dərəcəyə enib. Qazaxıstanın şimal bölgələrində isə temperatur mənfi 15–20 dərəcə arasında dəyişir. Bu soyuq hava kütlələrinin Xəzər üzərindən ölkəyə daxil olması Azərbaycanda temperaturun aşağı düşməsini şərtləndirib".Ekoloqun fikrincə, soyuq hava kütlələri qış ayları üçün xarakterikdir.O bildirib ki, hazırda vegetasiya dövrü olmadığından bitkilərin və ağacların inkişafı demək olar ki, dayanıb:"Bu proses adətən mart ayının əvvəllərindən etibarən yenidən başlayır. Ona görə də indiki dövrdə havaların soyuması bitkilər və ağaclar üçün mənfi təsir yaratmır"."Buğda və digər dənli bitkilər əsasən payız aylarında əkilir. Payızda başlayan vegetasiya dövrü oktyabr ayının sonu, noyabr ayının ortalarınadək davam edir və daha sonra dayanır. Hazırda bitkilər inkişaf mərhələsində olmadığı üçün qar yağması xüsusilə faydalıdır. Qar örtüyü torpaqda rütubəti artırır, bitkilərin köklərinin su və qida maddələri ilə təmin olunmasına şərait yaradır. Eyni zamanda bitkiləri zərərvericilərdən və bəzi bakteriyalardan qoruyur"- o qeyd edib. Ekspertin sözlərinə görə, bu baxımdan havaların soyuq keçməsi bitkilər və ağaclar üçün mənfi deyil, əksinə müsbət təsir göstərir:"Əgər belə hava şəraiti mart və ya aprel aylarında müşahidə olunsaydı, bu zaman kənd təsərrüfatına ciddi zərər dəyə bilərdi. İndiki şəraitdə isə havaların soyuması normal hesab olunur və bitkilərin gələcək inkişafı üçün əlverişli zəmin yaradır".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
133
demokrat.az

1Mənbələr