AZ

Larisa Tarusova: Vətənpərvərlik tamaşalarında oynamaq və həmin hissləri yaşamaq uşaqlar üçün tərbiyəvi əhəmiyyətə malikdir

Bakı, 21 yanvar, AZƏRTAC

Bakı Uşaq və Gənclər Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr studiyasının təsisçisi, rəhbəri və baş rejissoru Larisa Tarusova AZƏRTAC-ın müxbiri ilə söhbətində uşaq teatrının repertuarında Azərbaycan tarixinin faciəli hadisələrinə həsr olunmuş tamaşaların olmasının vacibliyi məsələsinə aydınlıq gətirib:

- Hesab edirəm ki, bu cür tamaşalar zəruri və çox vacibdir. Biz uşaqların mənəvi, mədəni və vətənpərvər tərbiyəsi istiqamətində fəal şəkildə çalışırıq. Teatrımızın repertuarına ölkəmizin tarixindəki faciəli hadisələrə həsr olunmuş tamaşalar daxildir. Uşaqlar bu cür tamaşalarda çıxış edib onları dərindən hiss etdikdə, bu, balaca aktyorları daxildən tərbiyə edir. İfa etdiyimiz vətənpərvərlik tamaşalarının sayına həmişə heyran oluram. Uşaqlar səhnədə ağlayırlar, çünki etdiklərinə laqeyd qala bilməzlər; onların tamamilə fərqli bir qavrayışı var. Tamaşaçılar arasında olan böyüklər də uşaqların çıxışlarını sakitcə izləyə bilməzlər. Uşaqlar bu cür mövzuları sadəcə sözlə başa düşməməli, onları ürəkləri, ruhları ilə yaşamalıdırlar.

Seçilən
109
azertag.az

1Mənbələr