AZ

Ter Ştegen "Barselona"dan "Jirona"ya keçməsi haqda

style='margin-bottom:10px;'>

Müqavilə ilə "Barselona"ya məxsus olan qapıçı Mark-Andre ter Ştegen icarə əsasında "Jirona"ya keçməsindən danışıb.

QOL.az xəbər verir ki, 33 yaşlı qolkiper sosial media hesablarında etdiyi paylaşımda yazıb:

“Bu gün komanda yoldaşlarım və “Barselona” heyəti ilə mövsümün son gününü keçirdim. Həqiqətən də qarışıq hisslər yaşayıram. Hazırda xatirələr və emosiyalarla doluyam. Təxminən 12 ildir ki, bu klub, xüsusən də bu paltardəyişmə otağı mənim evim olub. Həm oyunçu, həm də insan kimi böyüdüyüm, unudulmaz anlar yaşadığım yer... Dərin minnətdarlıq və qürur hissi keçirirəm. Bu klubu, şəhəri sevirəm. Həmişə mənə dəstək olmusunuz. Sizə dərin təşəkkür edirəm. Sizi daim ürəyimdə daşıyıram. "Barselo"nanın kapitanlıq sarğısını taxmaq mənim üçün böyük bir şərəf olub və bu şərəf həmişə mənimlə qalacaq. Qarşıda nələr olacağını səbirsizliklə gözləyirəm. Mövsümün qalan hissəsində sizə uğurlar və daha çox kubok qazanmaq arzulayıram. Tezliklə görüşənədək”.

Qeyd edək ki, Ter Ştegen "Jirona" ilə cari mövsümün sonunadək müqavilə imzaayıb. Onun "Barselona" ilə hazırkı müqaviləsi isə 2028-ci ilin yayına qədərdir.

Seçilən
16
teleqraf.com

1Mənbələr