AZ

Kolumbiyalı ailə ulduz futbolçu və xanımından şikayət etdi

BAKI, 21 yanvar. TELEQRAF

Fransa millisinin və PSJ-nin futbolçusu Lukas Ernandeslə həyat yoldaşı Viktoriya Triay qeyri-qanuni işçi işlətməkdə ittiham olunub.

Bu barədə Teleqraf "Tribuna.com"a istinadən xəbər verir.

Məlumata görə, Kolumbiyadan olan beş nəfərlik ailə (ata, ana və üç uşaq) 2024-cü ilin sentyabrından 2025-ci ilin noyabrına qədər Ernandesin evində heç bir rəsmi status olmadan çalışdıqlarını iddia ediblər.

Zərərçəkmiş ailə cütlüyün onları həddindən artıq ağır iş saatlarında işlətdiyini bildirərək şikayət edib. Artıq məsələ ilə bağlı Versal prokurorluğuna rəsmi müraciət daxil olub və araşdırmalara başlanılıb.

Seçilən
47
teleqraf.com

1Mənbələr