
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın təyyarəsi İsveçrənin Davos şəhərinə yola düşdükdən yarım saat sonra Vaşqintona qayıdıb.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt məlumat verib.
Onun sözlərinə görə, buna səbəb təyyarə havaya qalxdıqdan sonra ekipajın “kiçik elektrik problemi” aşkarlaması olub.
Qərar ehtiyat tədbiri kimi qəbul olunub.
Tramp Davosa Dünya İqtisadi Forumunda iştirakı gözlənilir.
Tramp daha əvvəl Qrenlandiya üzərində nəzarəti ələ almaq niyyətini geri addım atmayacağını deyib.
Ekspertlər bildiriblər ki, bu, Birləşmiş Ştatların Danimarka və Avropadakı digər NATO müttəfiqləri ilə münasibətlərini gərginləşdirə bilər.
Tramp səfərin uğurlu olacağına inandığını və ölkəsinin heç vaxt indiki kimi yaxşı vəziyyətdə olmadığını deyib.
Tramp Qrenlandiyanı təhvil verməyə razı olmayan rəhbərlikləri tarif artımı ilə hədələyib.
Avropa liderləri bu tələblə razılaşmayacaqlarını açıqlayıblar.
ABŞ prezidenti bildirib ki, tariflər gələn ay 10 faizdən başlayacaq və iyun ayında 25 faizə yüksələcək.
Onun sözlərinə görə, bu səviyyə xərclərin artmasına və iqtisadi artımın yavaşlamasına səbəb ola bilər ki, bu da yüksək yaşayış xərclərini azaltmaq planlarını risk altına salır.
Trampın Qrenlandiyaya iddiası onun Nobel Sülh mükafatı ala bilməməsi ilə əlaqələndirilir.
Belə ki, o, bu barədə Norveçin baş naziri Yonas Qar Störeyə ismarış yazaraq artıq yalnız sülhə diqqət yetirmək məcburiyyətində olmadığını deyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta