AZ

Aeroport şosesində buzlanma səbəbindən nəqliyyatın hərəkəti çətinləşib

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yollarla bağlı sürücülərə xəbərdarlıq etdi.

TurkicWorld xəbərdarlığın mətnini təqdim edir:

"Hazırda Aeroport şosesi mərkəz istiqamətində yolun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib. Sürücülərdən qəzaların baş verməməsi üçün hərəkət zamanı sürət həddinə əməl etmələri və düzgün ara məsafəsi saxlamaları xahiş edilir."

Seçilən
29
turkic.world

1Mənbələr