AZ

"Qarabağ" - "Ayntraxt" oyununa 26 mindən çox bilet satılıb

Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Bu barədə Ölkə.az-a Azərbaycan çempionundan məlumat verilib.

Qarşılaşma üçün hələlik 26500 bilet satılıb.

Qeyd edək ki, görüş bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 21:45-də start götürəcək.

Seçilən
116
16
olke.az

10Mənbələr