AZ

Dünyada tüğyan edən virus infeksiyalarından necə qorunmalı?

Saglamolun saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Nə etməli? Professorun məsləhətləri

Hazırda tənəffüs yollarının virus infeksiyaları – qrip və qripəbənzər xəstəliklərgeniş yayılmışdır. Bir çox hallarda bu xəstəliklərə dəqiq diaqnoz qoyula bilmir, onagörə də ümumiləşdirilmiş adla tənəffüs yollarının virus infeksiyaları adı altındamüalicə olunur. Xüsusən uşaqlarda, eləcə də ahıl yaşlı insanlarda və müxtəlifsəbəblərdən orqanizmin müdafiə qabiliyyəti zəifləmiş insanlarda bu xəstəliklər dahaağır gedişə malik olub fəsadlaşmalarla nəticələnir.

Müsahibimiz tibb elmləri doktoru, professor, Asiya Elmlər Akademiyasınınhəqiqi üzvü Akif Qurbanovdur.

- Hazırda virus infeksiyaları geniş yayılıb.Onların orqanizmə nə kimi təsiri ola bilər və bu barədə sizin tövsiyələriniz nədir?Bəli, virus infeksiyaları yenidən geniş yayılıb və insanlar bədən müqavimətinigücləndirmək üçün müxtəlif üsullara əl atırlar. Xəstəliyin ilk dövrlərində zökəm əlamətləri,öskürək, yüksək hərarət, əzələ və baş ağrıları, yorğunluq kimi hallara çox rast gəlinir. Lakinvirus infeksiyaları yalnız bu əlamətlərlə kifayətlənmir, onlar ciddi sistemli iltihabi vəimmun reaksiyalara səbəb ola bilər. Məsələn, respirator viruslar epitel hüceyrələrinizədələyir, tənəffüs yollarında iltihabi proses yaradır və bəzən bronxit, pnevmoniya kimiağırlaşmalara yol aça bilər. Bundan əlavə, virus infeksiyaları bəzən sitokin fırtınasınıtətikləməklə sistemli iltihab reaksiyası törədərək orqanların funksiyalarını zədələyə bilər.Viruslar immuniteti zəiflədə bilər, bu da bakterial infeksiyaların qoşulma riskini artırır. Busəbəbdən virus infeksiyalarında tək simptomları aradan qaldırmaq kifayət deyil, immunsistemini dəstəkləmək də vacibdir.

- Sizin fikrinizcə, insanlar nə etməlidirlər ki, bu kimi fəsadlardan uzaqolsunlar?

- Bu hallarda yüksəkdozalı vitamin C immun sisteminə təsir edərək virusinfeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir. Yüksəkdozalı vitaminC immun hüceyrələrin aktivliyini normallaşdıraraq interferon sintezini artırmaqla virus vəbakteriyalara qarşı müdafiəni artırır, antioksidant təsir göstərir. Beləliklə, yüksəkdozalıvitamin C orqanizmin antiviral müdafiə mexanizmlərini stimullaşdırır, sərbəst radikallarıneytrallaşdırır və virusun hüceyrələrə verdiyi zərərləri azaltmağa kömək edir.Qeyd etmək istərdim ki, Covid-19 kimi ciddi respirator virus infeksiyasının tuğyanetdiyi zaman yüksəkdozalı vitamin C sitokin fırtınasının yaratdığı oksidativ stresiazaltmaqla, immun cavabı tənzimləyib, fəsadlaşmaları minimuma endirərərək xeyli insanhəyatın xilas etmişdir. Öz effektini sübut etdiyinə görə yüksəkdozalı vitamin C (7,5 qram,50 ml-lik venadaxili infuziya məhlulu) dünyada, eləcə də Azərbaycanda Covid-19xəstəliyinin müalicə protokoluna daxil edilmişdir. Bu protokola əsasən yüksəkdozalıvitamin C gündəlik venadaxili infuziya şəklində 5 gün müddətində təyin edilir.Hazırda müşahidə olunan respirator virus infeksiyaları Covid-19 qədər zədələyicideyil və yüksəkdozalı vitamin C orqanizmin antiviral müdafiəsini gücləndirərəksimptomları daha tez, effektiv azaltmağa və bərpa prosesini sürətləndirməyə kömək edir.Hesab edirik ki, tənəffüs yollarının virus infeksiyalarının müalicəsində yüksəkdozalıvitamin C gündəlik venadaxili infuziya şəklində 3 gün müddətində təyin edilməsi kifayətdir.

 Virus infeksiyasında antibiotiklər əvəzinə yüksəkdozalı vitamin Cistifadəsi nə dərəcədə məqsədəuyğundur?

Virus infeksiyaları antibiotiklərlə müalicə olunmur, çünki antibiotiklər yalnızbakteriyalara təsir edir. Virus infeksiyaları zamanı antibiotik qəbulu immuniteti zəiflədəbilər və əlavə stress yaradır. Yüksəkdozalı vitamin C isə antioksidant vəimmunomodulyator xüsusiyyətləri hesabına orqanizmin müdafiəsini dəstəkləyərəkvirusların çoxalmasını ləngidir, həm də iltihabi prosesləri zəiflədir.

 Yüksəkdozalı vitamin C yalnız respirator virus infeksiyalarında istifadəolunur, yoxsa başqa hallarda da faydalıdır?

Yüksəkdozalı vitamin C çoxşaxəli təsir göstərir və yalnız respirator virusinfeksiyasında deyil, digər hallarda da faydalıdır. Məsələn, orqanizmdə ömür boyusaxlanılmaqla vaxtaşırı aktivləşən herpesvirus infeksiyalarında (sadə herpes,sitomeqalovirus infeksiyası, infeksion mononukleoz, qurşaqlı uçuq, xroniki yorğunluqsindromu və s.) yüksəkdozalı vitamin C virusun orqanizmdə replikasiyasını zəiflədir vəzədələnmiş hüceyrələrin bərpasını sürətləndirir. Allergik və iltihabi proseslərdə antioksidantxüsusiyyəti sayəsində reaktiv oksigen radikallarını neytrallaşdırır, immun cavabıtənzimləyir və allergiya əlamətlərini zəiflədir. Hətta xərçəng xəstəliyinin komplekskonservativ müalicəsində onun effektivliyi elmi tədqiqatlarla sübut edilmişdir.Ümumiyyətlə, iltihabi proseslərlə əlaqəli istənilən patologiyalarda sərbəst radikallarınyüksəkdozalı vitamin C ilə neytrallaşdırılması hüceyrə zədələnmələrini azaltmaqlaxəstəliyin daha tez və fəsadlaşmalar olmadan sağalmasını təmin edir.

Saglamolun.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
103
8
saglamolun.az

9Mənbələr