AZ

Virciniyada NSM gəmi əleyhinə raket zavodu tikiləcək

Norveçin Kongsberg Defense and Aerospace, Inc. şirkəti ABŞ-da ilk müasir raket istehsalı müəssisəsinin təməlqoyma mərasimini keçirib.

Herbiand.az-ın məlumatına görə, müəssisə Virciniya ştatının Ceyms-Siti dairəsində yerləşir.

Tədbirdə şirkətin prezidenti Eyrik Li, Ceyms-Siti dairəsinin idarə heyətinin sədri Con MakQlennon, Virciniya ştatının nəqliyyat naziri Şep Miller, ABŞ palatasının nümayəndəsi Rob Vittman (Virciniya birinci dairəsindən) və Norveçin ABŞ-dakı səfiri Anniken Hyoytfeldt iştirak ediblər.

2024-cü ildə ABŞ Hərbi Dəniz Qüvvələri Kongsberg şirkətinə gəmilər və Dəniz Piyadaları Korpusunun sahil mobil NMESIS sistemi üçün NSM raketlərinin alınması üçün çoxillik müqavilə imzalayıb. Eyni zamanda, ABŞ Hərbi Hava Qüvvələri beşinci nəsil F-35A qırıcı təyyarəsini təchiz etmək üçün JSM raketlərini seçib.

Raket istehsalına 2027-ci ilin sonlarında, tammiqyaslı istehsalın isə 2028-ci ilin sonlarında başlaması gözlənilir.

Bu, Kongsberg şirkətninin Norveç və Avstraliyadakı zavodlarından sonra NSM və JSM proqramlarını dəstəkləmək üçün qurduğu üçüncü istehsal xəttidir.

NSM - həm suüstü, həm də quru hədəflərini 200 km-ə qədər məsafələrdə vurmaq üçün nəzərdə tutulan orta mənzilli gəmi əleyhinə raketdir.

JSM - hava platformalarından buraxılmaq üçün uyğunlaşdırılmış NSM raketinin modifikasiyasıdır. Onun havadan buraxılış qabiliyyəti raketin atəş məsafəsini 300 km-ə qədər artırır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr