AZ

İqor Qarafuliç BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi təyin edilib

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən şəxs İqor Qarafuliç təyin edilib.

"Report" xəbər verir ki, bu barədə BMT-nin saytında bildirilib.

Qeyd edilib ki, o, bu postda 2026-cı il iyulun 1-dək öz vəzifələrini icra edəcək.

BMT-nin Azərbaycandakı keçmiş rezident əlaqələndiricisi Vladanka Andreyeva ölkədəki missiyasını 2026-cı il yanvarın 8-də başa vurub.

İndiki təyinatından əvvəl İ.Qarafuliç müxtəlif illərdə Paraqvayda BMT-nin müvəqqəti rezident əlaqələndiricisi, Peru və Hondurasda BMT-nin rezident əlaqələndiricisi vəzifələrini icra edib.

O, həmçinin BMT-nin İnkişaf Proqramında bir sıra rəhbər vəzifələrdə çalışıb.

Seçilən
22
far.az

1Mənbələr