AZ

ABŞ NATO-nun 30 mexanizmində iştirakını azaldır

Pentaqon rəhbərliyi ABŞ Silahlı Qüvvələrinin təxminən 30 NATO mexanizmində iştirakını azaltmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, "The Washington Post" qəzetinin öz mənbələrinə istinadən yazdığına görə, bu, Tramp administrasiyasının ABŞ-ın Avropadakı hərbi mövcudluğunu azaltmaq üçün atdığı yeni addımdır. Nəşr qeyd edir ki, "qarşıdan gələn addım təxminən 200 hərbçiyə təsir edəcək və ABŞ-ın müxtəlif döyüş bölgələrində ittifaq qüvvələrini yetişdirən mükəmməllik mərkəzləri də daxil olmaqla, təxminən 30 NATO təşkilatında iştirakını zəiflədəcək".

İki mənbə bildirib ki, Pentaqon müddəti tədricən başa çatacaq şəxslərin yerinə personal göndərməyi planlaşdırmır. Buna görə də proses illərlə uzana bilər.

Qəzetin mənbələrinə görə, təklif Amerikanın enerji təhlükəsizliyi, dəniz müharibəsi, xüsusi əməliyyatlar və kəşfiyyat üzrə məsləhət qruplarında iştirakının azaldılması ilə bağlıdır. Mənbələr vurğulayıblar ki, bu addım bir neçə aydır ki, nəzərdən keçirilir və ABŞ ilə Danimarka, eləcə də digər NATO müttəfiqləri arasında Qrenlandiya üzərində artan gərginliklə əlaqəli deyil.

2025-ci ildə Pentaqon ABŞ ordusunun 101-ci Hava-Desant Diviziyasından bir briqadanı Rumıniyadan daimi bazasına geri çəkib. Bu qoşunlar Kentukkiyə qayıdıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
168
olaylar.az

1Mənbələr