GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin genişmiqyaslı konstitusiya islahatının yeni detallarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, milli qurultayın illik iclasında danışıb.
Tokayev qeyd edib ki, konstitusiya komissiyası yaradılacaq və ona Konstitusiya Məhkəməsinin sədri Elvira Əzimova rəhbərlik edəcək.
“Əslində, biz yeni konstitusiyanın qəbul edilməsinə bənzər bir addım atmaq niyyətindəyik”, – deyə ölkə başçısı vurğulayıb.
Qazaxıstan hakimiyyətinin Əsas Qanunun 40-dan çox maddəsində dəyişiklik etməyi planlaşdırdığı bildirilir.
“Ölkədə vitse-prezident vəzifəsi də ola bilər. Parlamentə Konstitusiya Məhkəməsi, Mərkəzi Seçki Komissiyası və Ali Hesablama Palatasının formalaşdırılması üçün genişləndirilmiş səlahiyyətlər veriləcək. Həmçinin prezidentin təqdimatı ilə Ali Məhkəmə hakimləri seçiləcək. Tokayev Xalq Assambleyası və Milli Kurultayı əvəz edəcək yeni ali məşvərətçi orqan – Qazaxıstan Xalq Şurasının yaradılmasını da təklif edib”, – deyə “Vedomosti” qəzeti yazıb.
Əliyar Xəlil
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.