AZ

Ötən il Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 5 faiz artıb

Bakı, 21 yanvar, AZƏRTAC

Ötən il Azərbaycandan 25 milyard 187,2 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 2,27 faiz azdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 4,9 faiz artaraq 8 milyard 821,2 milyon dollar olub.

Xatırladaq ki, 2024-cü ildə isə Azərbaycandan 8 milyard 406,7 milyon dollar dəyərində yəni, 25 milyard 772,2 milyon kubmetr təbii qaz ixrac edilib.

Seçilən
92
1
azertag.az

2Mənbələr