futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Norveçin “Bodo-Qlimt” komandasının baş məşqçisi Ketil Knutsen Çempionlar Liqasında “Mançester Siti”ni məğlub etdikləri oyunu şərh edib.
Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis 3:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“İnanılmaz hisslərdir! Düşünürəm ki, yaxşı oynadıq və layiqli qələbə qazandıq. Dünyanın ən yaxşı komandalarından birinə qarşı idik. Müdafiədə diqqətli olmaq, boşluq verməmək, 11 oyunçu ilə də mübarizə aparmalıydıq. İstədiyimiz əks-hücumları qurduq və möhtəşəm qollar vurduq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.