AZ

NİİM: Hazırda aeroport şosesində yolun buz bağlaması nəqliyyatın hərəkətini çətinləşdirib

Hazırda Aeroport şosesi mərkəz istiqamətində yolun buz bağlaması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

“Sürücülərdən qəzaların baş verməməsi üçün hərəkət zamanı sürət həddinə əməl etmələri və düzgün ara məsafəsi saxlamaları xahiş edilir”, - məlumatda bildirilir.

Seçilən
98
38
yeniazerbaycan.com

10Mənbələr