AZ

Prezident İlham Əliyev: Biz siyasi, iqtisadi, enerji və hətta müdafiə sahəsində ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq

Davos. Trend:

Strateji tərəfdaşlıq nizamnaməsinin hazırlanması ilə bağlı işçiqrupun yaradılması haqqında mən və Prezident Tramp tərəfindəntarixi sənədin imzalanmasından sonra Amerika şirkətləri ilə biziməməkdaşlığımız heç zaman olmadığı qədər intensivləşib. Biz deməkolar ki, həmin sənədi, yəni strateji tərəfdaşlıq xartiyasınıyekunlaşdırırıq və ümid edirəm ki, bu, növbəti ay baştutacaqdır.

Trend xəbər verir ki, bunuAzərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadiForumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi iləsəhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznesnümayəndələrinin suallarının cavabında deyib.

Məlumat mərkəzləri, süni intellekt, bağlantı, enerji və bir sıradigər sahələrin həmin xartiyaya daxil edildiyini diqqətə çatdıranAzərbaycan Prezidenti bildirib: “Biz avqustun 8-dən etibarənVaşinqtona və digər şəhərlərə artıq 4 nümayəndə heyəti göndərmişik.Onların hamısı yaxşı nəticələrlə geri qayıdıb və hesab edirik ki,biz ABŞ ilə yeni mərhələyə qədəm qoyuruq - siyasi, iqtisadi, enerjivə hətta müdafiə sahəsində. Bu, Azərbaycan üçün Amerika BirləşmişŞtatlarından birbaşa sərmayə cəlb etməkdə böyük imkanlaryaradacaqdır və ümid edirəm ki, bizim avropalı tərəfdaşlarımız buməsələdə geri qalmayacaqlar”.

Seçilən
28
20
az.trend.az

10Mənbələr