Davos. Trend:
Azərbaycan Avropa üçün Mərkəzi Asiya ilə bağlantı yaratmaqməqsədi daşıyan yeganə etibarlı, təhlükəsiz və xoşməramlı təyinatölkəsidir.
Trend xəbər verir ki, bunuAzərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadiForumunun illik toplantısı çərçivəsində “Azərbaycan rəhbərliyi iləsəhər yeməyi” adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznesnümayəndələrinin suallarının cavabında deyib.
Avropa İttifaqının Avropanı Mərkəzi Asiya ilə birləşdirəcək“Qlobal Qapılar” layihəsində Azərbaycanın önəmli rol oynadığınıqeyd edən dövlətimizin başçısı ölkəmizi indiyədək əsasən nəqliyyatinfrastrukturuna sərmayə yatırdığını vurğulayıb: “Demək olar ki,hər bir şey artıq hazırdır. Lakin yüklərin həcmi o qədər sürətləböyüyür ki, biz Dəniz Limanımızın ötürmə qabiliyyətini artırmaqqərarına gəldik. Beləliklə nəqliyyat əlaqələri, o cümlədən“Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” layihəsi, həmçininErmənistanı Mərkəzi Asiyanın daha geniş regional nəqliyyatşəbəkəsinə daxil edəcək, sülh işinə töhfə verəcək. ÇünkiErmənistanın yolları açılacaq, o, tariflərdən faydalar qazanacaq,daha geniş beynəlxalq əməkdaşlıqda iştirak edəcək”.