AZ

Uşaqların sözü ilə axtarış aparan kişi almaz tapıb

ain.az bildirir, Reyting.az saytına əsaslanaraq.

ABŞ-nın Arkanzas ştatında yaşayan Ceyms Urod ailəvi gəzinti zamanı öz uşaqlarının təkidi ilə onların göstərdiyi kiçik bir sahəni diqqətlə yoxlayıb və 2,09 karatlıq qəhvəyi almaz tapıb. 41 yaşlı ata Uord bildirib ki, o, almazı Arkanzas Almaz Kraterləri Parkında aşkar edib.

Reyting.az xəbər verir ki, dəyəri təxminən 12 min funt sterlinq civarında qiymətləndirilən bu daşın almaz olduğu mütəxəssislər də təsdiqləyiblər.

Ceyms Uord bildirib ki, almazı ailəsinin şərəfinə "Ward" adlandırıb.

Qeyd olunur ki, oxşar hadisə həmin parkda 2025-ci ilin sentyabrında da baş verib.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
reyting.az

1Mənbələr