“Mançester Siti”nin müdafiəçisi Con Stounz karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Fənərbaxça” 31 yaşlı futbolçu ilə yaxından maraqlanır.
Bu barədə "The Sun" nəşri məlumat yayıb.
“Şəhərlilər”lə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Stounzun yeni mövsümə hansı komandada başlayacağı hələ ki dəqiq deyil.
Çünki ona həm PSJ, həm də “Mançester Siti”nin özündən yeni müqavilə təklifi gəlib.
Bu mövsüm İngiltərə klubunun heyətində Premyer Liqada cəmi 7 oyun keçirmiş ingilis hələ ki tam qərarını verməyib. “Barnsli” və “Everton”da da oynamış Con 2016-cı ildən Mançester klubunun formasını geyinir.
“Fənərbaxça” borclarını ödəyib
20 yaşlı futbolçu Premyer Liqa klubunda - RƏSMİ
"Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır
Rafa Silva “Benfika” ilə anlaşıb: Sabah Lissabona gedəcək
Dennis Şmitt: "Ayntraxt" "Qarabağ"la matçda yaxşı oyun sərgiləyə bilər"