AZ

"Mançester Yunayted"in yeni baş məşqçi namizədi bəlli oldu

style='margin-bottom:10px;'>

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçi vəzifəsinə yeni namizəd bəlli olub.

QOL.az "Sky Sport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" hazırda Dortmund "Borussiya"sını çalışdıran Niko Kovaçın xidmətində maraq göstərir. Məlumata görə, 54 yaşlı mütəxəssis İngiltərə nəhənginin siyahısına daxil edilib. 

Maraqlıdır ki, Kovaçın namizədliyi daha əvvəl "Çelsi"də də müzakirə olunub. Londonlular Enzo Mareskanı istefaya göndərdikdən sonra və Liam Rosenior təyin edilməmişdən öncə onunla maraqlanıblar.

Məlumata görə, Niko Kovaç hazırda bütün diqqətini "Borussiya"dakı işinə yönəltsə də, gələcəkdə İngiltərədə işləməyə müsbət yanaşır. Onun Dortmund klubu ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.

Xatırladaq ki, "Mançester Yunayted"ə hazırda Maykl Kerrik rəhbərlik edir. O, 2025/2026 mövsümünün sonuna qədər komandanı çalışdıracaq.

Seçilən
163
1
teleqraf.com

2Mənbələr