Braziliyanın B Seriyası təmsilçisi "Operario Ferroviario"nun baş məşqçisi Aleks de Souza istefaya göndərilib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbut xidməti yayıb.
48 yaşlı mütəxəssisin köməkçiləri Xuan Kavalkanti və Ze Roberto ilə də əməkdaşlığa son qoyulub.
Aleks 2004-2012-ci illər aralığında "Fənərbağça"nın formasını geyinib. Braziliya millisinin sabiq üzvü İstanbul təmsilçisində 245 matça çıxaraq 136 qolla yadda qalıb.
Kamil Xudiyev