Rusiyada xarici vətəndaşlar üçün bank hesablarının sayı məhdudlaşdırılmalı və yalnız xarici pasportlarla açılmalıdır.
Publika.az xəbər verir ki, bu təklifi Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini və Rusiya Liberal Demokrat Partiyasının sədr müavini Andrey Luqovoy Dumanın plenar iclasında irəli sürüb.
"Miqrantlar üçün bank hesablarının sayını məhdudlaşdırmalıyıq. Qanun qəbul etməliyik: hər bank üçün bir miqrant. Hər bank üçün bir hesab", - deyə o bildirib.