AZ

SOCAR ilə “Honeywell” şirkəti bərpa olunan enerji üzrə fikir mübadiləsi aparıb

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə dayanıqlılıq, bərpaolunan enerji, insan kapitalının inkişafı və qarşılıqlı maraqdoğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Trend xəbərverir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf sosial şəbəkəhesabında paylaşım edib.

“World Economic Forum 2026” çərçivəsində “Honeywell” şirkətininİdarə Heyətinin sədri və baş icraçı direktoru Vimal Kapur iləməhsuldar görüş keçirdik.

Görüş zamanı qabaqcıl texnologiyaların, rəqəmsallaşma vəinnovasiyanın enerji keçidinin sürətləndirilməsində, eləcə dəenerji dəyər zənciri boyunca səmərəliliyin artırılmasında rolumüzakirə olundu. Bununla yanaşı, dayanıqlılıq, bərpa olunan enerji,insan kapitalının inkişafı və qarşılıqlı maraq doğuran digərməsələlər ətrafında fikir mübadiləsi aparıldı”, - paylaşımda qeydedilib.

Qeyd edək ki, “Honeywell” avtomatlaşdırma, aviasiyanın gələcəyivə enerji keçidi sahələrində dünyanın ən mürəkkəb çağırışlarınınhəllində təşkilatlara dəstək göstərir. Şirkət tərəfdaş kimiAerokosmik Texnologiyalar, Bina Avtomatlaşdırılması, ProsesAvtomatlaşdırılması və Texnologiyaları (PA&T) və SənayeAvtomatlaşdırılması üzrə biznes seqmentləri vasitəsilə – “HoneywellForge” proqram təminatının dəstəyi ilə – dünyanı daha ağıllı, dahatəhlükəsiz və daha dayanıqlı etməyə kömək edən praktik həllər vəinnovasiyalar təqdim edir.

10 milyondan çox kommersiya binası fəaliyyətin səmərəliliyiniartırmaq, istifadəçilər üçün daha komfortlu, təhlükəsiz və sağlamməkanlar yaratmaq məqsədilə şirkətin texnologiyalarından istifadəedir.

Məqalədə:
Seçilən
119
az.trend.az

1Mənbələr